Avropa İttifaqı Rusiya boru kəməri qazının onda birindən çoxunu Rusiyanın mayeləşdirilmiş təbii qazı (LNG) ilə əvəz edib. Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra Rusiya qazının ümumi idxalda payı təxminən 15%-ə yüksəlib, boru kəməri qazının payı isə 37%-dən 8.7%-ə düşüb.
“Reuters” mənbələri hesab edir ki, tədarükün artması qismən Rusiya LNG-yə endirimlərlə bağlıdır. “Kpler”ə görə, 2023-cü ildə Rusiya Aİ limanlarına 15.6 milyon tondan çox Rusiya LNG tədarük edib. Bu, 2022-ci illə müqayisədə bir qədər, 2021-ci ildəkindən isə 37.7% çoxdur.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson mart ayında bildirib ki, Avropa Komissiyası bu il Rusiyadan LNG-nin alışını azaltmaq niyyətindədir. Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, 2023-cü ildə Rusiyanın Aİ-yə LNG tədarükü 15 milyon ton təşkil edib ki, bu da Rusiyanın ümumi LNG ixracının təxminən 46%-ni təşkil edir.