7 C
Baku
Thursday, December 12, 2024

Aİ Rusiya qızılına sanksiya tətbiqini nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Rusiya qızılına sanksiya tətbiq edilməsini nəzərdən keçirir.

Bu barədə Aİ liderlərinin bu həftə keçiriləcək sammitinin layihə sənədində qeyd olunub.

Bildirilib ki, liderlər Rusiyaya sanksiyalarla təzyiqin artırılması imkanları nəzərdən keçirəcəklər. Rusiya qızılına sanksiya tətbiq edilməsinin sanksiyaların mümkün növbəti raundunda nəzərdən keçiriləcəyi bildirilib.

Aİ 24 fevralda Rusiyanın Ukraynanın işğalına başlamasından sonra Rusiya və Belarusa qarşı 6 sanksiyalar paketi qəbul edib. Lakin Aİ liderləri tətbiq edilən sanksiyaların Rusiyadan çox öz ölkələrinin iqtisadiyyatına zərər verə biləcəyindən ehtiyat etdiyi üçün qaz da daxil olmaqla, bəzi sektorlara toxunulmayıb.

Qeyd edək ki, Aİ liderlərinin sammiti 23-24 iyun tarixlərində keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər