15 C
Baku
Saturday, April 20, 2024

Aİ Rusiya qızılının ixracına qadağa qoydu

Avropa İttifaqı Moskvaya qarşı tətbiq etdiyi növbəti sanksiyalar çərçivəsində bu ölkədən qızılının ixracına qadağa qoyub.

Bu barədə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel tviter səhifəsində yazıb.

“Bu gün biz Rusiyanın Ukraynaya qarşı hücumunu maliyyələşdirməsinin qarşısını almaq üçün daha bir addım atdıq. Biz Rusiyanın enerjidən sonra ən əhəmiyyətli məhsulunun- qızılın ixracına qadağa qoyduq. Aİ yaxınlaşan qlobal ərzaq böhranının öhdəsindən gəlməyi təmin etmək üçün üzərinə düşəni edir”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər