Avropa İttifaqı (Aİ) Rusiyanın üçüncü əhəmiyyətli ticarət tərəfdaşı olaraq qalır.
Bu barədə “Bild” Alman İqtisadiyyat İnstitutuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü ildə Rusiyanın Aİ-yə ixracı 18 faiz artıb.
“Tərəflər arasında ümumi əmtəə dövriyyəsi 67,5 milyard avro təşkil edir”, – məqalədə qeyd edilir.
Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən yazıb ki, Vaşinqton Aİ-nin Rusiya ilə ticarətə münasibətindən narazıdır. Nəşr qeyd edib ki, ABŞ avropalı müttəfiqlərinin əlavə sanksiyalar və ya rüsumlar şəklində ola biləcək növbəti böyük addımı atmasını istəyir.







