23 C
Baku
Tuesday, September 23, 2025

Aİ Rusiyada yerləşən xüsusi iqtisadi zonalara investisiya qoymağı qadağan edir

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə 19-cu sanksiya paketi çərçivəsində Avropa şirkətlərinə Rusiyada yerləşən xüsusi iqtisadi zonalara investisiya qoymağı qadağan edə bilər. Bu barədə məhdudlaşdırıcı tədbirlərlə bağlı təklif layihəsinə istinadən “Politico” məlumat yayıb.

Məlumata görə, Aİ həmçinin şirkətlərə satıldıqdan sonra beş il ərzində rusiyalı gəmilər və təyyarələri təkrar sığortalamağı qadağan etmək niyyətindədir. Bundan başqa, Avropa şirkətlərinə Aİ-dən kənarda yerləşən limanlarla biznes qurmaq qadağan oluna bilər — əgər həmin limanlar hərbi texnika, məsələn, raketlərin satışı və ya “Yeddilər qrupu”nun tətbiq etdiyi neft qiymət tavanından yan keçmək üçün istifadə olunursa.

Son xəbərlər
Digər xəbərlər