9 C
Baku
Thursday, December 12, 2024

Aİ Rusiyadan kömür alışını dayandırıb

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda tətbiq edilən sanksiyalar çərçivəsində avqustun 10-dan etibarən Rusiya kömürünün idxalını dayandıracaq.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Eyni zamanda, ölkənin Rusiya kömür tədarükündən əhəmiyyətli dərəcədə asılı olduğunu nəzərə alaraq, Böyük Britaniyanın özü kifayət qədər ciddi tədbirlər görüb. 2021-ci ilin statistik məlumatlarına görə, ölkədəki bütün kömürün 48%-i idxalın payına düşür ki, onun ümumi həcmi 4.6 milyon ton təşkil edir. Bunun 43%-i Rusiya kömürünün payına düşür.

Bundan əlavə, Rusiya Aİ ölkələrinin ən böyük kömür tədarükçülərindən biridir. Rusiyanın Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ildə ölkə Aİ-yə 48.7 milyon ton kömür və ya bu xammalın ümumi ixracının 21.8%-ni tədarük edib. 2020-ci ildə bu rəqəm 22% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər