9 C
Baku
Sunday, November 17, 2024

Aİ Rusiyadan polad, kürü və araq almağı qadağan edəcək

Amerikanın “Politico” nəşri Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları siyahısına planlaşdırılan dəyişikliklər barədə oxucuları məlumatlandırmaqda davam edir. İndi söhbət Rusiyadan polad idxalına qadağa qoyulmasından gedir. Digər mənbələrin məlumatına görə isə, Rusiyadan almaz, kürü, araq və siqaretlər almaq qadağan ediləcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bundan əlavə, Avropa rəsmiləri Rusiya Federasiyasına təyyarələrin, yarımkeçirici komponentlərin və mikrosxemlərin daşınmasını qadağan etmək niyyətindədirlər.

Nəhayət, Rusiyaya əhəmiyyətli gəlir gətirən məhsulların: kosmetika, makiyaj məhsulları və hətta tualet kağızının idxalına qadağa qoyulması təklif edilir.

Son xəbərlər
Digər xəbərlər