-1 C
Baku
Sunday, December 15, 2024

Aİ Rusiyadan qaz asılılığını 67% azaldıb

Avropa Komissiyasının sədri Ursula fon der Leyen rəsmi internet saytında yayımlanan Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Rusiyadan nəql olunan qazın üçdə ikisini digər təchizatçılarla əvəz etmək üçün Avropa İttifaqı 8 ay xərcləyib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, hələ mart ayında Rusiya qazından böyük asılılıq olub. Fon der Leyen əlavə etdi ki, AB xarici təchizatçıların çeşidini əhəmiyyətli dərəcədə genişləndirib.

“Ona görə də biz yeni enerji mənbələrinə, xüsusən də bərpa olunan enerji mənbələrinə sərmayə qoymalıyıq”, – deyə Avropa Komissiyasının sədri vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər