26 C
Baku
Saturday, July 27, 2024

Aİ rusiyalı sahibkarların 13.8 mlrd. avroluq aktivlərini dondurub

Avropa komissarı Didye Reyndersin sözlərinə görə, Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya sahibkarlarının Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin həcmi 13.8 milyard avro təşkil edib. O, bunun əmlakın böyük hissəsinin (12 milyard avro) olduğunu deyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İyulun əvvəlində Bloomberg mənbələrə istinadən Aİ ölkələrinin Rusiyanın 14.6 milyard dollar dəyərində aktivlərini dondurduğunu bildirib. Sonra agentlik Aİ-nin sanksiyaya məruz qalmış aktivlərin axtarışı və dondurulmuş əmlakın saxlanması xərclərinin ödənilməsi mexanizmini təkmilləşdirməyə çalışdığına aydınlıq gətirib.

Son xəbərlər
Digər xəbərlər