17 C
Baku
Wednesday, October 5, 2022

Aİ rusiyalılar üçün Şengen vizasının qadağasını müzakirə edəcək

Avropa ittifaqı rusiyalılara şengen vizalarının verilməsinə qadağa layihəsini rəsmən müzakirəyə təqdim edib. Bunu brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit deyib. Rəsminin sözlərinə görə, Almaniya hökuməti bu məsələ ilə bağlı kabinet nazirləri və digər Aİ ölkələri ilə müzakirə aparmağa hazırlaşır.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Avqustun 9-u Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib ki, Aİ Rusiya vətəndaşları üçün vizaların verilməsinin dayandırılması imkanını nəzərdə tutmur.

Fevralın 26-dan Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb.

Artıq bir sıra ölkələr rusiyalılara viza verilməsinə tam qadağa qoyulmasını tələb ediblər. Finlandiyada bu qadağa ən böyük parlament partiyaları tərəfindən dəstəklənir.

Daha əvəvl Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalılar üçün sərhədləri bağlamağa çağırıb. Onun fikrincə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar zəif olub. Sərhədlərin bir il müddətinə bağlanması və Rusiyanın enerji resurslarından imtinası vəziyyətə təsir edə bilər.

Son xəbərlər
Oxşar xəbərlər