Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya transferini təsdiqləyib.
“Biz Aİ-də Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardım üçün istifadəsini təsdiq etdik. Təkcə bu il üç milyard avroya qədər vəsaitin 90%-i Ukrayna ordusuna yardım məqsədilə xərclənəcək”, – deyə cənab Yan Lipavski “X” sosial şəbəkəsində yazıb.
Təkcə bu il bu məbləğ 74 milyard krona (təxminən 3 milyard avro) çata bilər. Onun sözlərinə görə, gəlirin 90%-i hərbi dəstəyə sərf ediləcək.