3 C
Baku
Saturday, December 14, 2024

Aİ Rusiyanın aktivlərindən əldə olunan gəlirin Kiyevə transferini təsdiqləyib

Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya transferini təsdiqləyib.

“Biz Aİ-də Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardım üçün istifadəsini təsdiq etdik. Təkcə bu il üç milyard avroya qədər vəsaitin 90%-i Ukrayna ordusuna yardım məqsədilə xərclənəcək”, – deyə cənab Yan Lipavski “X” sosial şəbəkəsində yazıb.

Təkcə bu il bu məbləğ 74 milyard krona (təxminən 3 milyard avro) çata bilər. Onun sözlərinə görə, gəlirin 90%-i hərbi dəstəyə sərf ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər