11 C
Baku
Tuesday, November 26, 2024

Aİ Rusiyanın titan istehsalçısını sanksiyalar siyahısından çıxarıb – WSJ

Avropa İttifaqı Rusiyanın titan istehsalçısı “VSMPO-Avisma”nı sanksiya siyahısından çıxarıb.

Banker.az bu barədə WSJ-yə istinadən xəbər verir.

WSJ-nin Aİ diplomatlarına istinad edərək yaydığı xəbərə görə, Fransa və digər üzv ölkələrin Rusiyanın Aİ ilə titan ticarətində misli ilə cavab tədbirləri görəcəyi ilə bağlı narahatlıqlarını ifadə etməsindən sonra “VSMPO-Avisma” siyahıdan çıxarılıb.

Qeyd edək ki, “VSMPO-Avisma” Avropa kommersiya təyyarələri istehsalçısı “Airbus SE”nin əsas təchizatçısıdır.

Son xəbərlər
Digər xəbərlər