11 C
Baku
Sunday, May 19, 2024

Aİ Rusiyaya İran dronlarının təchizatında məsuliyyət daşıyanlara sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyanı kamikadze dronları ilə təchiz etdiyinə görə İrandan olan hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edib.

Bu barədə Aİ Şurasına sədrlik edən Çexiyanın “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, sanksiyalarla bağlı razılıq qısa müddətdə – 3 günlük danışıqlardan sonra əldə olunub.

“Aİ səfirləri Ukraynanı vuran İran pilotsuz təyyarələrini tədarük edən qurumlara qarşı tədbirlər haqqında razılığa gəldi. Yazılı prosedur bitdi, sanksiyalar bu gün günortadan sonra qüvvəyə minir. Aİ dövlətləri dron tədarükünə cavabdeh olan 3 fiziki şəxsin və 1 qurumun aktivlərinin dondurulmasına qərar verib. Aİ həmçinin əvvəlki sanksiyalar siyahısında yer alan daha 4 İran qurumuna qarşı sanksiyaların müddətini uzadacaq”, – qeyd olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər