11 C
Baku
Monday, November 25, 2024

Aİ Rusiyaya kənd təsərrüfatı məhsullarına görə köçürmələri sanksiyalardan kənar tutub

Avropa İttifaqı (Aİ) Rusiya ilə kənd təsərrüfatı məhsullarına görə pul köçürmələrinin və üçüncü ölkələrə neft nəqlinin sanksiyalardan kənar tutulması müddətini uzadıb.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də bildirib.

O qeyd edib ki, Aİ qlobal qida böhranının öhdəsindən gəlinməsi üçün öz üzərinə düşəni edir.

Borrell qlobal ərzaq böhranının qarşısının alınması məqsədilə Rusiyanın üzərinə Ukrayna tarlalarını, anbarlarını bombalamağa son vermək, limanların bloklanmasını dayandırmaq düşdüyünü qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər