Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini müzakirə edəcək.
Bu barədə Aİ-yə üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsinin iclasının gündəliyində qeyd olunub.
Bildirilib ki, iyunun 14-də Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiya paketini razılaşdırmaq üçün yenidən cəhd edəcək.