9 C
Baku
Friday, December 13, 2024

Aİ Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır

Avropa Parlamentinin Çexiyadan olan üzvü Tomaş Zdexovski “İzvestiya”ya bildirib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır. Onun fikrincə, yeni məhdudiyyətlər tezliklə Aİ-yə üzv dövlətlərə təqdim olunacaq.

Avropa Parlamentinin Estoniyadan olan üzvü Yana Toom qəzetə bildirib ki, yeni sanksiyalar paketlərinin qəbulu təşəbbüsü ilk növbədə Baltikyanı ölkələrdən gələcək. Eyni zamanda, o qeyd edib ki, sanksiya aləti sonsuz deyil, onun həddi, görünür, tezliklə çatacaq.

Xatırladaq ki, Avropa İttifaqı dekabrın 18-də 12-ci sanksiyalar paketini təsdiqləyib. Sanksiya rejiminin əsas yeniliyi Rusiyanın almaz sənayesinə qarşı məhdudiyyətlər olub. Belə ki, yanvarın 1-dən Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına qadağa, martın 1-dən isə üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər tətbiq olunacaq.

Bundan başqa, 61 fiziki və 86 hüquqi şəxs 12-ci sanksiyalar paketinə daxil edilib. Məhdudlaşdırıcı tədbirlərdən “Spas” və “Tsarqrad” telekanalları, Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonası, “AlfaStrakhovanie” qrupu, “Rosfinmonitorinq”, onun rəhbəri Yuri Çixançin və MSK-nın 14 üzvü təsirlənib.

Son xəbərlər
Digər xəbərlər