Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini razılaşdırıb. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, tədbirlər Rusiyanın kölgə donanması ilə əlaqəli olan 149 neft tankerinə təsir edəcək.
Bundan əlavə, Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdə şübhəli bilinən BƏƏ, Türkiyə, Serbiya, Vyetnam və Özbəkistan da daxil olmaqla üçüncü ölkələrin şirkətləri məhdudiyyətlərə məruz qalacaq.
Bir gün əvvəl Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bildirmişdi ki, yeni sanksiyalar paketi mayın 20-də qəbul edilə bilər.