Avropa İttifaqının xarici işlər nazirləri 28-30 avqust tarixləri arasında Brüsseldə qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini nəzərdən keçirəcəklər.
Bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas öz “X” hesabında yazıb.
“Rusiyaya qarşı yeni sanksiyalar paketi gələn aya hazır olmalıdır. Mən bu məsələləri gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünün gündəliyinə qoymuşam”, – o yazıb.