16 C
Baku
Monday, December 1, 2025

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqlədi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib, bu barədə “Reuters” məlumat yayıb. Yeni paketə Rusiya neftini daşıyan xarici bayraqlı 100-dən çox tanker daxil edilib.

Bundan əlavə, Aİ-nin 19-cu sanksiyalar paketi Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına qadağa qoyur və Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırır.

Qeyd edək ki, 16 oktyabrda Avropa Parlamentinin Sənaye və Energetika Komitəsi də Rusiyadan qaz, neft və neft məhsullarının idxalına tam qadağa qoyulması təşəbbüsünü çoxluq səslə dəstəkləyib.

Macarıstanın xarici işlər naziri Péter Szijjártó isə bəyan edib ki, Budapeşt Aİ-nin Rusiyadan neft və qaz idxalını sürətlə dayandırmaq planına qarşı çıxır. Onun sözlərinə görə, bu qərar “Macarıstanın enerji təhlükəsizliyinə birbaşa zərbə vurur, iqtisadiyyatımızı zəiflədir və ailələr üçün aşağı kommunal tariflərə təhdid yaradır”.

Son xəbərlər
Digər xəbərlər