Avropa İttifaqı (Aİ) ölkələri arasında Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı fikir ayrılıqları davam edir. Bu səbəbdən paketinin təsdiqi 23–24 oktyabrda Brüsseldə keçiriləcək Aİ sammitinə qədər təxirə salınıb.
Bildirilir ki, 8 oktyabr tarixində aparılan müzakirələrdən sonra Aİ səfirləri 19-cu paket üzrə konsensusa gələ bilməyiblər.
“Fikir ayrılıqları qalır, demək olar ki, onların aradan qaldırılması yalnız yüksək səviyyəli müzakirələr zamanı mümkün olacaq,” – deyə mənbə bildirib.
19 sentyabrda Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu, Avropa Komissiyasının (AK) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqlədiyini açıqlamışdı. AK-nin sədri Ursula fon der Lyayen bəyanatında bildirmişdi ki, Aİ indi neft emalı zavodlarını, neft treyderlərini və üçüncü ölkələrdəki (o cümlədən Çin və Hindistanda) neft-kimya şirkətlərini hədəfə alır.