8 C
Baku
Friday, December 19, 2025

Aİ Rusiyaya qarşı 19 sanksiya paketinin müddətini altı ay uzadıb

Avropa İttifaqına (Aİ) üzv ölkələrin rəhbərləri Rusiyaya qarşı tətbiq edilən sanksiya paketlərinin müddətini daha altı ay uzadıblar. Qərar Avropa Şurasının sammiti çərçivəsində qəbul edilib. Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen məlumat verib.

“Bu gün biz yekdilliklə 19 sanksiya paketinin müddətini uzatdıq”, – deyə AK rəhbəri bildirib.

Dekabrın 18-də Aİ Rusiyanın neft daşımalarında iştirak etdiyi iddia edilən 41 dəniz gəmisini sanksiya siyahısına əlavə edib. Beləliklə, Rusiyaya qarşı sanksiyalara məruz qalan gəmilərin ümumi sayı təxminən 600-ə çatıb.

Dekabrın 15-də isə Aİ Beynəlxalq Diskussiya Klubu “Valday”ın rəhbərliyini və onunla əlaqəli rusiyalı ekspertləri sanksiya siyahısına daxil edib. Birliyin qərarında ayrıca qeyd olunub ki, Aİ ilk dəfə olaraq ABŞ vətəndaşına – Florida ştatının keçmiş şerif köməkçisi Con Mark Duqana qarşı sanksiya tətbiq edib. Brüsseldə bildirilib ki, o, Kremlə yaxın internet informasiya əməliyyatlarını dəstəkləməkdə ittiham olunur.

Son xəbərlər
Digər xəbərlər