Avropa İttifaqı Şurası Rusiyaya qarşı tətbiq edilən 19 sanksiya paketinin qüvvədə olma müddətini daha altı ay uzadıb. Bu barədə Aİ Şurasının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
“Şura Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarını 31 iyul 2026-cı ilədək uzadıb”, — deyə məlumatda bildirilir. Məhdudiyyətlər Rusiyanın maliyyə, ticarət, enerji, texnologiya və müdafiə sektorlarını əhatə edir.
Aİ Rusiyaya qarşı 19-cu bloklayıcı sanksiyalar paketini oktyabrın 23-də qəbul edib. İndiyədək qəbul edilən bütün sanksiya paketləri Aİ Şurası tərəfindən hər altı aydan bir — əvvəlcə 31 yanvaradək, daha sonra isə hər il 31 iyuladək — uzadılır.






