25 C
Baku
Saturday, June 22, 2024

Aİ Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini qəbul edib

Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində Ümumrusiya Regional İnkişaf Bankı ilə əməliyyatlara tam qadağa qoyub, həmçinin daha iki Rusiya bankının aktivlərini dondurub. Bu barədə Aİ Şurasının saytındakı press-relizdə deyilir. Bundan başqa, Aİ-də NTV, NTV Mir, Rusiya 1, REN TV və Birinci Kanal telekanallarının yayımının dayandırılması qərara alınıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Eyni zamanda, Avropa İttifaqı (Aİ) 168 Rusiya şirkətini 9-cu sanksiyalar paketinə daxil edib. Bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.

Onun sözlərinə görə, söhbət hərbi-sənaye, dağ-mədən və enerji sektorunda fəaliyyət göstərən şirkətlərdən gedir. Yaxın günlərdə sanksiyalar siyahısı Aİ-nin rəsmi jurnalında dərc olunacaq.

Aİ ölkələrində qeydiyyatdan keçmiş şirkətlərə reklam, bazar araşdırması, ictimai rəy sorğusu və məhsul testi xidmətləri göstərmək qadağan ediləcək.

Bundan əlavə, bu gündən etibarən Aİ ölkələrinin vətəndaşlarına Rusiyanın nəzarətində olan hüquqi şəxslərin, habelə Rusiya ərazisində yerləşən təşkilat və ya qurumların rəhbər orqanlarında vəzifə tutması qadağan ediləcək.

Aviasiya ilə bağlı malların və texnologiyaların, o cümlədən dronların, eləcə də təyyarə mühərriklərinin və onların hissələrinin Rusiyaya ixracına qoyulan qadağa genişləndiriləcək.

Yeni sanksiyalar paketi həmçinin Rusiyanın enerji sektoruna və mədənçıxarma sektoruna yeni investisiyaların qoyulmasını qadağan edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər