Avropa İttifaqı (Aİ) Rusiyanın 1 206 fiziki və 108 hüquqi şəxsinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini altı ay uzadıb.
TASS-a istinadən, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Belə ki, Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhdid etməkdə təqsirli olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay, 2023-cü il martın 15-nə qədər uzatmaq barədə qərar qəbul edib.
Bundan əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Aİ-nin Rusiyaya qarşı yeni, o cümlədən ayrı-ayrı sanksiyalar üçün artıq variantları var.