Avropa Şurası Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların altı ay müddətinə uzadılması barədə qərar qəbul edib. Bu haqda Avropa Şurasının sədri Barend Leyts məlumat verib. Xatırladaq ki, iqtisadi sanksiyaların müddəti 2020-ci il yanvarın 31-də başa çatmalı idi.
Sanksiyalar Rusiyanın maliyyə, enerji və müdafiə sektorlarına, habelə ikili istifadə mallarına aiddir. Sanksiyaların müddətinin uzadılması barədə qərar Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin Donbasdakı münaqişənin həllini müzakirə etdiyi “Normand formatında” keçirilən sammitdən sonra qəbul edilib. “Makron (Emmanuel Makron – Fransa prezidenti) və Merkel (Angela Merkel – Almaniyanın kansleri) Minsk razılaşmalarının icrası haqqında çox qısa məlumat veriblər. Bundan sonra Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin uzadılmasına dair qərar qəbul edilib”, – TASS mənbəyi bildirib.
Xatırladaq ki, “Normand dördlüyü” ünün görüşü dekabrın 9-da baş tutub. Danışıqlar nəticəsində tərəflər ümumi razılığa gələ bilməmişdilər.