Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı altıncı sanksiyalar paketi Rusiyadan neft idxalına məhdudiyyəti nəzərdə tutur.
Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib.
“Biz altıncı sanksiyalar paketi üzərində işləyirik. Baxılan məsələlərdən biri də neft embarqosudur. Sanksiya tətbiqi zamanı elə etmək lazımdır ki, Rusiyaya təzyiq artsın, biz isə mümkün qədər az ziyana düşək” – deyə Dombrovskis vurğulayıb.
Dombrovskisin sözlərinə görə, sanksiyanın detalları hələ razılaşdırılmayıb.