25 C
Baku
Thursday, May 29, 2025

Aİ Rusiyaya qarşı sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını təklif edib

Avropa İttifaqı (Aİ) səlahiyyətliləri Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 20-dən çox bankın SWIFT sistemindən çıxarılmasını nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Onların fikrincə, Aİ həmçinin Rusiya neftinin maksimal qiymətini təxminən 45 dollara endirə və “Şimal axını” qaz kəmərinin tikintisinə qadağa qoya bilər.

Potensial məhdudiyyətlərin vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Aİ həmçinin təxminən 2,5 milyard avro dəyərində yeni ticarət məhdudiyyətləri tətbiq etməyi düşünür.

SWIFT- dünyada əksər bank əməliyyatlarını idarə edən ödəniş emal sistemidir. ABŞ və Aİ 2022-ci ilin fevralında Rusiya banklarını SWIFT-dən ayırmağa başlayıb. Fevral ayında təqdim edilən 16-cı sanksiyalar paketi daha 13 Rusiya bankının SWIFT sisteminə çıxışını qadağan edib.

Son xəbərlər
Digər xəbərlər