23 C
Baku
Sunday, July 21, 2024

Aİ Rusiyaya qarşı sanksiyaları €123 mlrd. dəyərində qiymətləndirib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi çərçivəsində qəbul edilən məhdudiyyətlərdən itkiləri təxminən 123 milyard avro dəyərində qiymətləndirib. Banker.az bu barədə Avropa Komissiyasının materiallarına istinadən xəbər verir.

Söhbət 2021-ci ildə olan, lakin 2022-ci ildə sanksiyalara görə qeyri-mümkün sayılan idxal və ixrac itkilərindən gedir. Təşkilat Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini oktyabrın 6-sında təsdiqləyib. Yeni idxal məhdudiyyətləri Aİ tərəfindən 7 milyard avro dəyərində qiymətləndirilib. Qadağa hazır və yarımfabrikat polad məmulatlarına, maşın və avadanlıqlara, plastik məmulatlara, nəqliyyat vasitələrinə, toxuculuq məhsullarına, ayaqqabılara və s.-yə təsir edib. Bundan əlavə, Aİ elektron sxemlər də daxil olmaqla, Avropa mallarının Rusiyaya ixracını məhdudlaşdırıb.

Sanksiyalar Rusiyanın kriptoaktivlərinə də toxunub. Əgər əvvəllər rusların elektron pul kisəsi 10 min avro ilə məhdudlaşdırılırdısa, indi məbləğdən asılı olmayaraq onlara qadağa qoyulub. Qadağaya həmçinin maliyyə xidmətləri, İT-məsləhətlər və digər biznes xidmətlərinin göstərilməsi də daxildir. AK qeyd edib ki, 2021-ci ildə bu xidmətlərin ixracı 3 milyard avroya çatıb ki, bu da ümumi həcmin 14.6%-ni təşkil edir.

Avropa İttifaqı Luqansk və Donetsk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlar fonunda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Səkkizinci paket çərçivəsində əsas məhdudiyyət Rusiya neftinin qiyməti ilə bağlı olub. AK bu tədbirin xam neft üçün 5 dekabr 2022-ci il, neft məhsulları üçün isə 5 fevral 2023-cü il tarixindən qüvvəyə minəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər