Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 24 fevral 2027-ci ilədək uzadıb.
“Sənədin 2022/266 saylı qərarının 10-cu maddəsinin ikinci abzasında “24 fevral 2026-cı il” tarixi “24 fevral 2027-ci il” tarixi ilə əvəz edilib”, — mesajda qeyd olunub.
Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyaya qarşı yeni sanksiya paketinin razılaşdırılmasının az ehtimallı olduğunu bildirmişdi.





