23 C
Baku
Saturday, October 5, 2024

Aİ Rusiyaya qarşı sanksiyaların uzadılmasını təsdiq edib

Avropa İttifaqı (Aİ) Xerson vilayətinin qubernatorunun vəfat etmiş müavini Kirill Stremousovu siyahıdan çıxararaq, Rusiya əleyhinə sanksiyalar siyahısının növbəti altı ay uzadılması ilə bağlı qərarını təsdiq edib. Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalı”nda dərc olunub.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, Aİ 2014-cü ilin martında Rusiyanın səlahiyyətli şəxsləri üçün “qara siyahı” yaradıb və onu hər altı aydan bir altı ay müddətinə uzadır. Bu siyahıda olan bütün şəxslərin icma ərazisinə daxil olması qadağan olunur və Aİ-dəki maliyyə aktivləri dondurulur.

Son xəbərlər
Digər xəbərlər