9 C
Baku
Tuesday, January 13, 2026

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Gözlənilir ki, fevralın 24-dək Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minəcək. Bu sanksiyalar lüks malların ixracına qoyulan qadağanın daha da sərtləşdirilməsini əhatə edə bilər. Bu barədə adı açıqlanmayan mənbəyə istinadən “Euractiv”məlumat yayıb.

“Euractiv”in məlumatına görə, Finlandiya və İsveç Avropa Komissiyasına Rusiyaya lüks malların ixracına qoyulan qadağanın sərtləşdirilməsini, Rusiya neft tankerlərinə xidmət göstərilməsinin qadağan edilməsini, həmçinin Aİ-nin Rusiya gübrələrinin idxalı üzrə kvotalarının azaldılmasını təklif ediblər.

Qeyd olunur ki, dəyəri 300 avrodan yuxarı olan lüks malların ixracı artıq qadağandır, lakin bu cür məhsulların Rusiyada satılmasına imkan verən müəyyən yollar mövcuddur.

Son xəbərlər
Digər xəbərlər