Avropa liderləri Moskvaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etməzdən əvvəl Rusiya və Ukrayna prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında İstanbulda mümkün görüşü gözləməyə hazırdırlar.
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və Avropa rəsmiləri mayın 12-də danışıqlar aparıblar. Məsləhətləşmələr zamanı məlum olub ki, Vaşinqton “Putinə təzyiqi artırmazdan” əvvəl Rusiya-Ukrayna danışıqlarını aparmaq imkanı vermək istəyir.
Həmsöhbətlərin fikrincə, əgər Rusiya lideri Zelenski ilə görüşdən imtina edərsə və ya Kreml mayın 15-də dərhal və qeyd-şərtsiz atəşkəsə razı olmasa, o zaman Avropa liderləri ABŞ prezidenti Donald Trampın anti-Rusiya sanksiyalarının tətbiqində israr edəcəklər.
Tramp hesab edir ki, Ukrayna və Rusiya arasında mayın 15-də mümkün danışıqlar müsbət nəticələr verə bilər. Amerika lideri Putin və Zelenskinin şəxsi iştirakına əminliyini ifadə edərək, özünün də iştirakını istisna etməyib.