4 C
Baku
Monday, February 26, 2024

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir, lakin konkret tədbirlər hələ təklif edilməyib.

Məlumata görə, İttifaq Rusiyaya qarşı sanksiyalar təzyiqini davam etdirməyi planlaşdırır. Aİ həmçinin sanksiyalardan yayınma ilə mübarizə aparmağa və mövcud tədbirlərin effektivliyini təmin etməyə çalışır.

Qeyd edək ki, bir müddət öncə bir sıra Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiya paketi üzərində işə başlamağa çağırıb. Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib ki, sanksiya siyahısına daha da çox rusiyalı sahibkar daxil edilməli, eləcə də Rusiyaya Aİ-nin mövcud tədbirlərindən yan keçməyə kömək edənlərə məhdudiyyətlər qoyulmalıdır.

Finlandiyanın xarici işlər naziri Pekki Haavisto da öz növbəsində hesab edir ki, Rusiyanın yüksək rütbəli məmurlarının daha çox qohumu sanksiyalara məruz qalmalıdır.

Son xəbərlər
Digər xəbərlər