Avropa İttifaqı yeni anti-Rusiya sanksiyaları paketi çərçivəsində Rusiyaya qızılgül, azaliya və rododendron tədarükünə qadağa qoyub. Müvafiq qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.
Bundan əlavə, Avropa ölkələrindən Rusiyaya artıq yarpaqlar, ağac budaqları, qönçəsiz bitki və çiçək hissələri, həmçinin buketlərin tərtibi və dekorativ məqsədlər üçün yararlı ola biləcək otlar, mamırlar və şibyələr də ixrac edilə bilməz. Bu məhsulların Rusiyaya heç bir formada — hətta qurudulmuş və ya rənglənmiş halda belə — tədarükü qadağandır.
Məhdudiyyətlər 24 oktyabrdan qüvvəyə minəcək.
Cümə axşamı, 23 oktyabr tarixində, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edib. Məhdudiyyətlər “AvtoVAZ” və “Sollers” şirkətlərinə, eləcə də “Grinex” kriptobirjasına və “A7A5” kriptovalyutasına şamil olunub.