Azərbaycandan təkliflər gözləyirik, Aİ səfiri deyir

0

“Azərbaycanla aviasiya sazişi imzalamağa çox yaxınıq. İndi Azərbaycan tərəfinin təkliflərini gözləyirik”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanskauskas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına həsr olunmuş təqdimatda deyib. Məlumatı Report agentliyi verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Səfir qeyd edib ki, aviasiya sazişinin imzalanması Azərbaycana fayda verəcək, turizmin inkişafına və ölkənin mühüm nəqliyyat mərkəzinə çevrilməsinə yardım edəcək.

“Bu sahədə gecikmə turizmin inkişafı və regional əməkdaşlıq üçün qaçırılan fürsət olacaq”, – Aİ səfiri bildirib.