Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər, bu barədə “Reuters” yazıb. Bildirilir ki, 18-ci sanksiya paketi Rusiyanın enerji ixracatının maksimal qiymətinin on həftə ərzində orta dəyər əsasında bazar qiymətlərindən 15% aşağı müəyyən ediləcəyini nəzərdə tutur.
Qeyd edək ki, hal-hazırda Rusiyanın enerji resursları üçün qiymət tavanı müəyyən edilib. Məsələn, neftin bir bareli üçün bu, 60 dollardır. Eyni zamanda, yeni sanksiya paketi Rusiyanın “Şimal axını” qaz kəməri ilə, eləcə də sanksiyalardan yayınmada iştirak edən banklarla əməliyyatları qadağan etməyi təklif edir.
Daha əvvəl Rusiyaya qarşı 18-ci sanksiya paketini Sovakiya, Macarıstan və Estoniya bloklamışdı, bu səbəbdən danışıqlar bir qədər uzun çəkib. Xatırladaq ki, öncə 18-ci sanksiya paketinin iyulun 14-də qəbul edilməsi planlaşdırlıb.