8 C
Baku
Friday, December 13, 2024

Aİ səfirləri Ukraynaya €18 mlrd. ayırmağa razılaşıblar

Avropa İttifaqı ölkələrinin səfirləri Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı ayrılması barədə razılığa gəliblər. Danışıqlar nəticəsində Macarıstana da 27 ilkin şərt yerinə yetirildiyi təqdirdə Aİ fondlarından 5.8 milyard avro istifadə etməyə icazə verilib. Səfirlər həmçinin iri şirkətlərin mənfəətindən minimum 15% vergi tutulması barədə razılığa gəliblər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Çexiya bildirib ki, Ukraynaya vəsaitin ayrılması yekdilliklə təsdiqlənib. Yardım paketinə Avropa Parlamenti baxmalıdır.

Aİ Şurası dekabrın 10-da Ukraynaya 18 milyard avro maliyyə yardımı ayrılmasını təsdiqləyib. Vəsait 2023-cü ildə kredit kimi veriləcək. Ödəniş müddəti 35 ilə qədər olacaq. İlk kredit ödənişləri 2033-cü ildə başlayacaq.

Son xəbərlər
Digər xəbərlər