21 C
Baku
Saturday, May 4, 2024

Aİ satılmamış geyimlərin məhv edilməsinə qadağa qoyulmasını dəstəkləyib

Avropa İttifaqı (Aİ) ölkələri tekstil sənayesindən tullantıların miqdarını azaltmaq üçün satılmamış geyim və aksesuarların məhv edilməsinə qadağa qoyulmasını dəstəkləyib, bu barədə “Financial Times” yazıb.

Bildirilir ki, təklif Aİ-nin ekoloji məqsədlərinə uyğundur və bizneslər üçün “əlavə yük” olmamalıdır. Bununla yanaşı, açıqlamaya əsasən, təkrar emal geyimlərin məhv edilməsinin qarşısını almaq üçün prosedurlar istehlakçılar üçün qiymətlərin artmasına səbəb ola bilər.

Təklif hələ Aİ ölkələrinin nazirləri tərəfindən dəstəklənməlidir və Avropa Parlamenti ilə razılaşdırılmalıdır. Qəzet yazır ki, sənədə səsvermə 22 may 2023-cü ildə gözlənilir.

Avropa Komissiyasının hesablamalarına görə, Aİ-də hər il demək olar ki, 6 milyon ton tekstil məmulatı tullanır və onların yalnız dörddə biri təkrar emal olunur. Müştərilərin mağazalara qaytardıqları paltarları təkrar emal etmək çox vaxt çətin olur, ona görə də onlar atılır və ya məhv edilir.

Qeyd edək ki, bir çox lüks markalar da eyni strategiyadan istifadə edir. Dəbdəbəli əşyalar qara bazara sızmasın deyə brendlər satılmamış mallarını məhv etməyə üstünlük verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər