15 C
Baku
Friday, November 14, 2025

Süni intellekt startapı “Cursor” $29,3 milyard dəyərləndirmə ilə $2,3 milyard investisiya cəlb edib

Süni intellekt (Sİ) kodunun rekdaktoru “Cursor” 29,3 milyard dollar dəyərləndirmə ilə 2,3 milyard dollar investisiya cəlb edib.

“Cursor”un məlumatına görə, 2,3 milyard dollarlıq raundda “Accel”, “Thrive”, “Andreessen Horowitz” və “DST Global” iştirak edib. 2025-ci ilin yanvarında startapın dəyəri 2,5 milyard dollar, may ayında isə 9 milyard dollar olaraq qiymətləndirilib.

“Cursor”un korporativ müştərilərindən biri “Nvidia” şirkətidir. Onun rəhbəri Censen Huanq redaktoru “B2B bazarının sevimli Sİ xidməti” adlandırmışdı.

İnvestisiyalar agent əsaslı proqramlaşdırma üçün yaradılan “Composer” adlı öz modelinin tədqiqatı və inkişafına yönəldiləcək. Bu model 2025-ci ilin oktyabrında təqdim olunub.

Şirkət 2022-ci ildə Massaçusets Texnologiya İnstitutunun tələbələri — Maykl Truell, Suale Asif, Arvid Lunnemark və Aman Senqer tərəfindən təsis edilib. 2025-ci ilin noyabrına olan məlumata görə, şirkətdə 300-dən çox mühəndis, tədqiqatçı, dizayner və operator çalışır.

İnvestorlar arasında “OpenAI Startup Fund”, keçmiş “GitHub” rəhbəri Net Fridman, “Neo” fondu, “Stripe”ın həmtəsisçisi Patrik Kollison və “Dropbox”un həmtəsisçisi Araş Ferdousi var.

Son xəbərlər
Digər xəbərlər