3 C
Baku
Tuesday, February 11, 2025

Aİ süni intellekt sənayesinin inkişafına $200 mlrd. ayıracaq

Avropa İttifaqı (Aİ) süni intellekt sənayesinin inkişafına 200 milyard dollar ayırmağı planlaşdırır, “The Wall Street Journal” yazır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Parisdə keçirilən süni intellektə həsr olunmuş sammitində bildirib ki, Aİ bu sahədə ABŞ və Çinlə rəqabət qabiliyyətini gücləndirmək istəyir.

İnvestisiyalar “InvestAI” proqramı çərçivəsində həyata keçiriləcək ki, bu da digər məsələlərlə yanaşı, süni intellekt modellərinin hazırlanması üçün infrastrukturun tikintisi üçün 20 milyard avroluq fondun yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, yanvarda Amerikanın “OpenAI”, “Oracle”, “SoftBank” və BƏƏ dövlət investisiya şirkəti “MGX”nin ABŞ-də məlumat mərkəzləri yaratmaq üçün birgə “Stargate” müəssisəsi açmağı düşünür. Şirkətlər birgə müəssisəyə 100 milyard dollar sərmayə qoyur və növbəti dörd il ərzində 500 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər