Avropa İttifaqı (Aİ) Şurası birgə təhlükəsizlik və müdafiə sahəsində satınalmaların həyata keçirilməsi üçün 150 milyard avro ayırılmasını təsdiqləyib.
Bu barədə Aİ Şurasının saytında məlumat paylaşılıb.
Bildirilib ki, şura bu gün Avropa üçün Təhlükəsizlik Fəaliyyəti alətini (SAFE) qəbul edib.
“Məqsəd istehsal imkanlarını artırmaq, ehtiyac duyulduğu zaman müdafiə vasitələrini təmin etmək və hazırkı boşluqların aradan qaldırılması ilə bütövlükdə Aİ-nin müdafiə hazırlığını gücləndirməkdir”, – məlumatda qeyd edilib.
Polşanın Avropa İttifaqı üzrə naziri Adam Szłapka bildirib ki, proqram Aİ-nin müdafiə imkanlarını gücləndirərək çəkindiricilik qabiliyyətini artıracaq.