11 C
Baku
Sunday, November 17, 2024

Aİ Şurası Rusiya üçün viza məhdudiyyətlərinin ləğvi ilə bağlı sabah qərar verəcək

Avropa İttifaqı Şurası Rusiya ilə sadələşdirilmş viza rejiminin sazişinin dayandırılması ilə bağlı yekun qərarı sabah verəcək.

Bu barədə TASS-ın Brüsseldəki diplomatik mənbəsi bildirib.

“Aİ Şurası sentyabrın 9-da viza rejiminin dayandırılması ilə bağlı qərara baxacaq”, – deyə diplomat bildirib.

O əlavə edib ki, müvafiq siyasi saziş Aİ xarici işlər nazirlərinin avqustun 30-31-də Praqada keçirilən görüşündə qəbul edilib.

Sentyabrın 6-da Avropa Komissiyası bununla bağlı hüquqi təklif verib.

Daha sonra qərar Aİ tərəfindən müzakirə olunmadan səfirlər səviyyəsində qəbul edilib.

İndi onun qüvvəyə minməsi üçün Aİ Şurası tərəfindən nazirlər səviyyəsində rəsmi təsdiq tələb olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər