20.8 C
Baku
Tuesday, May 20, 2025

Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, tədbirlər Rusiyanın kölgə donanması ilə əlaqəli olan 149 neft tankerinə təsir edəcək.

Bundan əlavə, Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdə şübhəli bilinən BƏƏ, Türkiyə, Serbiya, Vyetnam və Özbəkistan da daxil olmaqla üçüncü ölkələrin şirkətləri məhdudiyyətlərə məruz qalacaq.

Bir gün əvvəl  diplomatiyasının rəhbəri Kaja Kallas bildirmişdi ki, yeni sanksiyalar paketi mayın 20-də qəbul edilə bilər.

Son xəbərlər
Digər xəbərlər