Avropa İttifaqı Şurası Ukrayna üçün sursata görə 1 milyard avro ayrılmasını təsdiqləyib.
Bu barədə “RBC-Ukraina” Avropa Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Belə ki, Ukraynaya 155 mm-lik artilleriya mərmiləri və sifariş əsasında raketlər veriləcək. Onlar Aİ-yə üzv dövlətlər tərəfindən birgə alınacaq.