10 C
Baku
Thursday, December 11, 2025

Aİ Şurası Ukraynaya 2,3 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib

Ukrayna Avropa İttifaqının (Aİ) yardım mexanizmi çərçivəsində təxminən 2,3 milyard avro məbləğində növbəti maliyyələşdirməni alacaq.

Qərar bu gün Aİ Şurası tərəfindən təsdiqlənib.

Bu, Kiyevi dəstəkləmək üçün müntəzəm ödənişlərin altıncı tranşıdır.

Qərar Ukraynanın altıncı tranş üçün zəruri olan səkkiz tələbi yerinə yetirməsindən və dördüncü tranş çərçivəsində yerinə yetirilməmiş bir addımı tamamlamasından sonra qəbul edilib. Məqsəd makromaliyyə sabitliyinin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin fəaliyyətinin dəstəklənməsidir.

Ölkəyə dəstək mexanizmi çərçivəsində ödənişlər Ukrayna planı ilə bağlıdır. Bu planda ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyası, həmçinin Avropa İttifaqına üzvlük hədəfləri ilə uzlaşdırılmış islahatların qrafiki təsvir olunub.

Avropa İttifaqı Şurasının qeyd etdiyi kimi, əvvəlki ödəniş 5 noyabr 2025-ci ildə həyata keçirilib və bu, Ukraynanın zəruri islahatların icrasında ardıcıllığını göstərir.

1 mart 2024-cü ildən qüvvəyə minmiş Ukrayna planı 2024–2027-ci illər ərzində Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək üçün qrantlar və kreditlər şəklində 50 milyard avroya qədər sabit maliyyələşdirmə təmin edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər