Avropa İttifaqı Suriyanın enerji, nəqliyyat və bank sektoruna qarşı sanksiyaları dayandırıb.
Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.
“Şura enerji (neft, qaz və elektrik enerjisi daxil olmaqla) və nəqliyyat sektorlarında sanksiyaların dayandırılması barədə qərar qəbul edib”, – bəyanatda qeyd edilib.