Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından “TikTok” tətbiqini silməyi tapşırıb.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Birliyin icra orqanı kimi fəaliyyət göstərən AB Komissiyası təhlükəsizlik baxımından işçilərinə sosial media tətbiqi “TikTok”dan istifadəni qadağan edib.
Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında işə aid hər hansı tətbiq quraşdırılmış tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb. Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Çin texnologiya firmasına məxsus “TikTok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur.