21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Aİ Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 peyvənd sertifikatlarını tanıyacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Avropa İttifaqı (Aİ) Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 peyvənd sertifikatlarını tanıyacaq.

Bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə və qonşuluq siyasəti üzrə Komissarı Oliver Varhelyi bildirib.

Onun sözlərinə görə, bu gün Avropa Komissiyası müvafiq qərarı qəbul edib. Belə ki, Türkiyə, Şimali Makedoniya və Ukrayna Aİ-nin Rəqəmsal COVID Sertifikatı Sisteminə qoşulub və bu ölkələrin verdiyi COVID peyvənd sertifikatları Aİ ərazisində qəbul ediləcək. Bu üç ölkə də qarşılıqlı olaraq Aİ ölkələrinin verdiyi peyvənd sertifaktlarını qəbul edəcək.

Qərarlar sabahdan qüvvəyə minir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər