11 C
Baku
Monday, November 25, 2024

Aİ Ukrayna üçün razılaşdırdığı yardımdan martda ödənişlər etməyə başlayacaq

Avropa İttifaqı Ukrayna üçün razılaşdırdığı 50 milyard avroluq maliyyə yardımından mart ayından etibarən Kiyevə ödənişlər etməyə başlayacaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X” hesabında bildirib.

Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən Ukrayna Mexanizmi ilə bağlı 50 milyard avroluq büdcə barədə siyasi razılığın əldə edilməsini “irəliyə doğru böyük bir addım” kimi xarakterizə edən Ursula von der Leyen Avropanın öz sözünün üzərində durduğunu deyib.

O bildirib ki, Aİ Ukraynaya çox ehtiyac duyulan maliyyə dəstəyini verməyə davam edəcək.

“Mart ayında ödənişlərə başlamaq niyyətindəyik”, – Avropa Komissiyasının Prezidenti qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər